Burundi prezidenti vəfat etdi

Burundi prezidenti Pyer Nkurunziza 55 yaşında vəfat edib. Ölkə rəhbərinin ölümünə səbəb ürək tutması olub.
Bildirilir ki, prezident iyunun 7-də gecə özünü pis hiss edib, bundan sonra onu xəstəxanaya yerləşdiriblər. Nəticədə Nkurunzizanın səhhəti yaxşılaşıb, amma artıq iyunun 8-də onun səhhəti kəskin pisləşib. Həkimlər bir neçə saat ərzində prezidentin həyatı uğrunda mübarizə aparıblar, amma onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Pyer Nkurunziza – Burundi prezidenti postunu 26 avqust 2005-ci ildən tuturdu.
Mənbə: Report