Ç. İyn 25th, 2025

Bərdədə restoran sahibi həbs edildi

Bərdə rayonunda 20 nəfərə yaxın şəxs restoranların birində  toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 7 nəfər saxlanılıb.

Restoranın sahibi N. Orucov məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib, digərləri isə 100 manat miqdarında cərimə ediliblər.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com