Cəlilabadda yeddi hektar sahə yanıb

Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığında açıq sahədə yanğın olub. “MediaMax.az”-ın “Oxu.az”-a istinadən verdiyi məlumata görə, yeddi hektar sahədə kol-kos yanıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yaxınlıqdakı sahələr yanğından mühafizə olunub.
Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib və yanğın söndürülüb.