Cəlilabad sakini avtomobilin altında qalaraq ölüb

İyulun 17-də saat 11 radələrində Cəlilabad rayonunun Təklə kəndi ərazisində kənd sakini F. Mirzəyev “QAZ-53” markalı avtomobili idarə edərkən avtomobilin çöl hissəsindəki ayaqaltıda dayanmış qohumu Sübhan Babayev yıxılaraq nəqliyyat vasitəsinin altında qalıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, S. Babayev xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.
Mənbə: Apa.az