Ç. İyn 25th, 2025

Çayda köməksiz vəziyyətdə qalmış vətəndaş xilas edilib

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Balakən rayonu ərazisində Balakənçay çayında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Mediamax” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş təhlükəsiz əraziyə çıxarılaraq xilas edilib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com