Ç. İyn 25th, 2025

Çelsi sensasiyalı transfer edir

İngiltərənin “Çelsi” klubu daha bir transferini reallaşdırır. İlkin olaraq 5 illik müqavilə imzalanacaq.

Almaniyanın “Bild” nəşrinə xəbər verir ki, “zadəganlar” Bundesliqa təmsilçisi “Leypsiq”dən Timo Verneri heyətinə qatır. Artıq London klubu 24 yaşlı hücumçunun 60 milyon avroluq sərbəst qalma məbləğini aktiv etməyə hazırlaşır.

Sözügedən futbolçu “Çelsi” ilə 2025-ci ilə qədər müqavilə imzalayacaq.

Qeyd edək ki, 2016-cı ildən “Leypsiq”də çıxış edən forvardla “Liverpul” da yaxından maraqlanırdı.

Mənbə: Offsideplus.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com