Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi seçilib

Zidan yeganə məşqçidir ki, çempionatın üç liqasını ardıcıl udmağa müvəffəq olub. Üç qələbə 2016, 2017 və 2018-ci illərdə qazanıb. O, Çempionlar Liqası çərçivəsində ümumilikdə 26 matçı udub.
Siyahıda ikinci yerdə “Mançester Siti”nin hazırkı baş məşqçisi Xosep Qvardiola qərarlaşıb. O, “Barselona”nı Çempionlar Liqasında iki dəfə (2009 və 2011-ci illər) qələbəyə apamağı bacarıb.
Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçilərin siyahısında ilk üçlüyü “Everton”un hazırkı baş məşqçisi Karlo Ançelotti qapayıb. O iki klubla – “Real”la və “Milan”la Çempionlar Liqasını udmağa nail olub. Ançelotti 2003 və 2007-ci illərdə “Milan”ı və 2014-cü ildə isə “Real”ı qələbəyə aparıb.
Mənbə : report.az