Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu

Həftənin oyunçusu mükafatına “FC Bayern Munich”-in futbolçusu Manuel Noyer layiq görülüb. Qolkiper azarkeşlərin səsverməsinə əsasən, komanda yoldaşları – Kinqsli Koman ilə Tiaqu Alkantaranı və PSJ-dən isə Markinyosu geridə qoyub.
Qeyd edək ki, final qarşılaşmasında Fransa PSJ-sini 1:0 hesabı ilə məğlub edən “Bavariya” 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.