Ceyhun Bayramov iyul ayında baş vermiş sərhəd münaqişəsindən danışıb

Bu ilin iyul ayında baş vermiş sərhəd münaqişəsindən sonra Azərbaycan və Ermənistan sərhədində vəziyyət qeyri-sabit olaraq qalır. Bunu TASS-a müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib. “Hərbi baxımdan vəziyyət qeyri-sabit olaraq qalır. Ermənistan Azərbaycanın mövqelərini atəşə tutmağa davam edir”, – deyə azərbaycanlı nazir vurğulayıb.
Mənbə: Apa