Ca. İyn 26th, 2025

Ceyranbatan su anbarında yanğın yenidən başladı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunmuş və yanğınsöndürmə işləri aparılmışdır.

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başladığı bildirildiyindən, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunmuşdur.

Hazırda yanğınsöndürmə işləri aparılır.

Mənbə: Report

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com