Ç. İyn 25th, 2025

Çikaqoda gərgin vəziyyət

Çikaqonun müxtəlif rayonlarında son iki sutka ərzində atışmalar nəticəsində 7 nəfər ölüb, 43 nəfər isə yaralanıb.

Mediamax bildirir ki, bu barədə şəhər polisinin açıqlamasında deyilir.

Bildirilir ki, xəsarət alanlar arasında 7 nəfər yeniyetmə, ölənlər arasında bir kişi və bir qadın var.

Qeyd edək ki, silahlı hücumlarda iştirak edənlərin çox hissəsini saxlamaq mümkün olmayıb.

Keçən həftənin istirahət günləri eyni müddət ərzində silahlı insidentlərdə 64 nəfər xəsarət almış, 13 nəfər öldürülmüşdür.

Mənbə: Trend

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com