Ç. İyn 25th, 2025

Çin alimlərinin ABŞ-a girişi yasaqlandı

Çindən ABŞ-a alim və aspirant tələbələrin girişi qadağan ediləcək. 


ABŞ Prezidenti Donald Trampın Ağ Evdə yayımlanan bülleten mətnində bildirilir ki, qadağa ölkənin əqli mülkiyyətini və texnologiyasını qorumaq məqsədi ilə qoyulub. Qərarda immiqrant olmayan, araşdırma və ya təhsil almaq üçün F və ya J vizaları ilə gələn ÇXR vətəndaşlarının girişinin məhdudlaşdırlacağı planlaşdırılır. Ölkəyə qanuni olaraq gələn tələbələr istisnadır.

Bülletendə qeyd olunur: “Çin ABŞ təhlükəsizliyini və iqtisadiyyatını təhdid edən ABŞ texnologiyasını oğurlayır”.

Xatırladaq ki, mayın əvvəlində ABŞ Ticarət Departamenti 24 Çin iş adamı və hökumət təşkilatına sanksiya tətbiq edib. Buna cavab olaraq Çin ABŞ-dakı bəzi siyasi qüvvələrin ölkələri “yeni soyuq müharibə”yə doğru itələdiyini bəyan edib.

Mənbə: Qaynarinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com