Ca. Avq 14th, 2025

Çində yanacaq avtomobili partladı

Çinin Cıcian vilayətində sıxılmış təbii qaz daşıyan avtomobilin alovlanaraq partlaması nəticəsində ölənlərin sayı 10 nəfərə, xəsarət alanların sayı isə 117-yə yüksəlib.

Hadisə yerinə təcili yardım briqadaları, 450 yanğınsöndürən cəlb olunub. Hazırda axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, Şenyan-Haykou avtomagistralının Venlin şəhərindən keçən hissəsində yerli vaxtla 16:40-da avtosistern alışaraq partlayıb. Alov ətrafdakı avtomobillərə də yayılıb. Partlayışın gücündən yaxınlıqda yerləşən yaşayış binalarına və digər tikililərə ciddi ziyan dəyib.

Yerli hakimiyyət orqanlarının hadisə ilə bağlı ilk açıqlamasında 4 nəfərin öldüyü, 50 nəfərin yaralandığı bildirilmişdi.

Mənbə: xezerxeber

Dünarə Kişiyeva

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com