Çində koronavirus yenidən yayılmağa başlayıb

Koronavirus pandemiyasının birinci dalğası bitməmiş Çində yoluxma halları yenidən artıb.
Bu barədə “Global Times” məlumat yayıb. Verilən məlumata görə, kütləvi yoluxma paytaxt Pekindəki topdan satış bazarı olan “Sinfadi”də qeydə alınıb. Belə ki, test vermiş 517 nəfərdən 45-nin nəticəsi pozitiv çıxıb.
Maraqlısı odur ki, bazardakı obyekt sahiblərinin çalışdıqları səhtlərdə də virus aşkar edilib. Virus tapılan məhsulların bura “Tsinşen” bazarından gətirildiyi məlum olub. Dərhal hər iki bazarın fəaliyyəti dayandırlıb. İndi “Sinfadi” bazarının 10 minə yaxın işçisinin hamısı testdən keçirilməli olacaq.
Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonlarında məhz Çindəki bazarlardan birindən yayılmağa başlamışdı. Dünyada 7 milyondan insanın yoluxmasına səbəb olan virusun ilk daşıyıcısı Çindəki bazarlardan birində dəniz məhsullarının satışı ilə məşğul olan şəxs olub.
Mənbə: Bakupost
Fidan İsrafilzadə