Ç. İyn 25th, 2025

Citrus Valley-də “Entrocomp və Agrourizm” festivalı keçirilib

Dekabrın 15-də Lənkəran şəhərində yerləşən Citrus Valley-də “EntreComp və Agrourizm” festivalı keçirilib. Festival Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Entrecomp təcrübəsinə istinad edərək gənclərin sahibkarlıq və aqroturizm bacarıqlarının artırılması” layihəsi çərçivəsində reallaşıb.

“EntreComp və Agrourizm” başlığı ilə təşkil edilən festivalda iştirakçılara Citrus Valley-in meyvə bağından olan məhsulları və kənd təsərrüfatı məhsulları nümayiş etdirilib. Festivalda Gənclər və İdman Nazirliyi, Lənkəran şəhəri İcra Hakimiyyəti, KOBİA-nın yerli əməkdaşları və aqroturizm istiqamətində olan ekspertlər iştirak ediblər.
Festival zamanı çıxış edən Gənclər və İdman Nazirliyinin əməkdaşı Elşən Qəhrəmanoğlu regionlarda sahibkarlıq və aqroturizm fəaliyyətlərinin keçirilməsinin xüsusi əhəmiyyətli olmasını qeyd edib, gənclərin məşğulluğu üçün yaşıl sahibkarlığın gənclər arasında təbliğ olunmasının vacibliyini qeyd edib.

Festivalın keçirilməsində məqsəd gənclərin aqroturizm, yaşıl sahibkarlıq istiqamətində təcrübələrlə tanış etmək, aqroturizmə marağını artırmaq, aqroturizm idarəetmə təcrübəsini təşviq etməklə onların məşğulluq imkanlarını genişləndirməkdir. Fetival zamanı gənclərə, həmçinin EntreComp təcrübəsi ilə bağlı təqdimatlar edilmiş, aqroturizm və sahibkarlıq fəaliyyətinə başlamalı üçün ekspertlər tərəfindən tövsiyələr verilmişdir. Sonda gənclər üçün müxtəlif viktorinalar və əyləncəli fəaliyyətlər təşkil edilib.

Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com