CNN kanalının qaradərili müxbiri canlı yayımda həbs edildi

ABŞ-da ”Floyd” aksiyaları davam etdiyi müddətdə hadisələri çəkən CNN müxbiri Omar Jimenez və operatoru həbs edildi.
Bir müddət tutulduqdan sonra isə sərbəst buraxıldı. Canlı yayımda baş verən hadisələr etirazların daha da alovlanmasına təkan verdi.
Əyalət qubernatoru Tim Valz CNN-dən buna görə üzr istədi.
Son günlərdə Trumpın CNN-ə qarşı nifrəti və “saxta medya” ittihamları da yenidən gündəmə gətirildi.
Şahanə Əhmədzadə