Çöləçıxma qadağası olan günlərdə apteklər…

14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərlərində, Abşeron, Kürdəmir, İsmayıllı, Yevlax, Salyan rayonlarında karantin rejimi tətbiq ediləcək.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, karantin rejimi tətbiq edilən şəhər və rayonlarda apteklərin fəaliyyətinə yalnızca ünvana çatdırılma xidməti göstərməklə icazə verilib.
Apteklərin karantin zamanı işləyəcək əməkdaşlarının və avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar Vətəndaş Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin “icaze.e-gov.az” portalına daxil ediləndən sonra icazə veriləcək.
Apteklərin ünvanı, iş saatı və evə çatdırılma xidməti üçün təyin edilən telefon nömrələri koronavirusinfo.az saytında yerləşdiriləcək.
Mənbə: Qafqazinfo