Ç. İyn 25th, 2025

Corc Floydun əsl ölüm səbəbi ortaya çıxdı

ABŞ-ın Mineapolis əyalətində polis tərəfindən öldürülmüş qaradərili Corc Floydun meyiti analiz edilərək həqiqi ölüm səbəbi aşkar edilib.

Floydun ailəsi tərəfindən mətbuata verilən açıqlamada onun təzyiq nəticəsində nəfəssiz qalaraq boğulması nəticəsində öldüyü bildirilib.

Həkimlər ölümə səbəb ola biləcək heç bir xəstəliyinin olmadığını deyiblər.

Eyni zamanda Corc Floydun qardaşı Terens Floyd etirazçılara zorakılığın mənasız olduğunu və bundan istifadə etməyin doğru olmadığını deyib , “Mənim ailəm sülhsevər və Allahdan qorxan bir ailədir.”

Şahanə Əhmədzadə

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com