Ç. İyn 25th, 2025

Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində “Peşə könüllüsü” layihəsi icra olunub

Azərbaycan Gənclər Fondunun “İdeyanı reallaşdır-2023” qrand müsabiqəsinin qalibi olan “Peşə könüllüsü” layihəsi çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinin tələbələri üçün təlim keçirilib.

Layihəni giriş sözü ilə açan CDPTM-nin direktoru Etibar Sadığov iştirakçıları salamlayıb və layihənin əhəmiyyətindən söhbət açaraq formalaşacaq Peşə könüllülərinə uğurlar arzu edib.

Sonra çıxış edən layihə rəhbəri Elməddin Mirzəyev iştirakçılara Azərbaycan Gənclər Fondu haqqında məlumatlar verib, layihənin məqsəd və vəzifələrindən danışıb.

Təlimçi Orxan Əliyevin təqdimatında keçirilən təlim zamanı könüllülərə, könüllülüyün dəyərləri, könüllü fəaliyyətin aparılması qaydaları və könüllülüyün faydalarından danışılıb, peşə könüllüsünün görəcəyi işlərdən söhbət açılıb. Gənclər qrup işləri icra edərək, peşə könüllüsü modeli formalaşdırıb təqdimatlar ediblər.

Maraqlı və interaktiv keçən təlimdə müxtəlif enercayzerlər icra olunub. İştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, təlimlərin ikinci fazası avqust-sentyabr ayları ərzində davam edəcək.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com