Ç. İyn 25th, 2025

Cəlilabad rayon xəstəxanası haqqında iddialara Elnur Azadxanov belə cavab verdi

Cəlilabad rayon xəstəxanasında belə bir iddialar var ki, günə 16 dərman verməkdənsə, 8 dərman verilir, hətta ödənişli əsaslarla bu iddialar doğrudurmu?

Ünvanlanmış sualı, Cəlilabad rayon mərkəzi xəstəxanasının direktoru Elnur Azadxanov belə cavablandırdı:

“Müalicə protokollarında verilən dərman sayında hansı dərmandan söhbət gedirdi onu bilmədim. Əgər ortada bir fakt varsa iddia edən tərəf müraciət etsin və həmin iddia haqqında hüquqi şəkildə araşdırma aparılsın, əgər iddia təsdiqini taparsa, digər tərəfin cəzalandırılmasına birbaşa marağlıyıq.

Qeyd edim ki, TƏBİB-ə nə də xəstəxanaya belə bir iddia daxil olmayıb. Var isə, yəni dediyim kimi iddia edən şəxs iddiasını etsin və hüquqi müstəvidə həlli tapacaqdır. Digər tərəfdən verilən dərmanların hamısı xəstələrə protokola uyğun qaydada verilir yəni heç bir protokoldan kənara çıxma halı yoxdur.

Əlbəttə istisnalar var, məsələn bir xəstədə bir dərmana qarşı əks göstəriş verir, biz həmin dərmanları xəstəyə verə bilmərik.

Müalicəsi dəyişdirilir, hər kəs eyni rutinlə gedəcək deyə birşey isə yoxdur”.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com