Ca. İyn 26th, 2025

Daha 131 azərbaycanlı Rusiyadan təxliyə olundu

Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bu gün 131 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtmasının təmin edildiyini bildirib.

“İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılır. May ayının 26-da ilkin olaraq 104 nəfər sərhəddi keçməli idi. Buna baxmayaraq, Azərbaycana keçənlərin sayını artırmaq mümkün oldu. Təbii ki, sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, – deyə Elnur Hüseynov bildirib.

O bildirib ki, hazırda Rusiyadan Azərbaycana keçmək istəyən 600-dən çox adam var.

Mənbə: Qaynarinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com