Ç. İyn 25th, 2025

Daha 175 vətəndaşımız vətənə gətirildi

Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Mətbuat xidmətindən bildirilib ki, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

Mənbə: Qaynarinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com