Ç. İyn 25th, 2025

Daha 192 həmyerlimiz vətənə geri dönüb

İyulun 19-da axşam saatlarında AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib.

AZAL-dan verilən məlumata görə, 197 nəfər Azərbaycan vətəndaşı Rusiyanın paytaxtından Bakıya gətirilib.

Reysə “COVID-19” testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb. 

Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com