Ç. İyn 25th, 2025

Daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir

Daha 200 Azərbaycan vətəndaşı Gürcüstandan təxliyə edilir.

Təxliyə edilən şəxslər 10:00-da Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasından xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə yola salınacaq.

Qeyd edək ki, təxliyyə ediləcək vətəndaşlar iyulun 11-də Tbilisidəki klinikalardan birində “PCR” testlərindən keçirilib və onların heç birində COVİD-19 virusu aşkarlanmayıb.
Təxliyə edilənlərin Azərbaycanda karantinə alınmayacağı və onlara qeydiyyatda olduqları bölgələrə getmələri üçün bir günlük sərbəst hərəkət icazəsi veriləcəyi bildirilib.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com