Daha bir gəncimiz intihar etdi

Nərimanov rayonunda qeydə alınan hadisədə 1999-cu il təvəllüdlü Nağıyeva Günel Bəhram qızı özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
G.Nağıyeva Azərbaycan Dövlət Pedaqoji Kollecinin 3-cü kurs tələbəsidir. Tələbə yoldaşlarının sözlərinə görə, istəmədiyi adamla ailə həyatı qurmağa məcbur edildiyi üçün 21 yaşlı Nağıyeva Günel Bəhram qızı çıxış yolunu bu addımda görüb.