Daha bir ölkə koronavirusla mübarizədə qalib gəldiyini açıqladı.

Yeni Zenlandiyanın Baş naziri Jasinda Ardern, koronavirusa qarşı aparılan mübarizəni qazandıqlarını açıqlayaraq yeni yoluxma halının müşahidə edilmədiyini bildirib.
Açıqlamada bir aydır küçəyə çıxma qadağası olan ölkədə bəzi qadağa və məhdudiyyətlərin də yumşaldılacağı ifadə edilib. Baş nazir onu da əlavə edib ki, bəzi riskləri almamaq adına hələ ki, gözəllik, masaj və idman salonları bağlı olacaq.
Yeni Zenlandiya Səhiyyə Nazirliyi də bu barədə rəsmi açıqlama verib ki, hal-hazırda yoluxma halının sıfır olması görülən uğurlu tədbirlərin nəticəsidir.
Mənbə:CNN
