Daha bir siyasətçi koronavirusa yoluxub

Mediamax.az saytının xəbərinə görə, Türkiyə Cümhuriyyətinin son Baş Naziri, TBMM-nin keçmiş sədri və AK Partiya İzmir Millət vəkili Binəli Yıldırım və həyat yoldaşı koronavirusa yoluxub.
Dərhal xəstəxanaya müraciət edən Binəli Yıldırımın COVİD-19 testi pozitiv nəticə verib. 64 yaşlı siyasətçi müşahidə altına alınıb.
Bundan əlavə, xəbərlər eşidildikdən sonra Səhiyyə Naziri Fahrettin Kocanın da Yıldırımı ziyarətə getdiyi haqqında məlumat verilib.