Ç. İyn 25th, 2025

Daha bir televiziya işçisi koronavirusdan dünyasını dəyişib

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin operatoru 74 yaşlı İmanov Abasağa koronavirusdan dünyasını dəyişib.

Televiziyadan verilən məlumata görə, veteran operator 60 yaşı ötmüş bütün digər əməkdaşlar kimi artıq 1 aya yaxındır TV-yə gəlməsə də, qəflətən evdə özünü pis hiss edib. 6 gün idi ki, xəstəxanada müalicə alan A.İmanov bu gün dünyasını dəyişib.

AzTV kollektivi Abasağa İmanova Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verir!

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com