Daha iki azərbaycanlı jurnalist koronavirusa yoluxub

“Palitra” qəzetinin əməkdaşı, ölkə prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş Nigar Abdullayeva və “”Cebhe.info” xəbər portalı, “Cümhuriyət” qəzeti”nin əməkdaşı Müşfiq Abdulladan 3 gün əvvəl götürülmüş testlər pozitiv çıxıb.
Qeyd edək ki, Nigar Abdullayeva və Müşfiq Abdulla bacı-qardaşdır.
Yoluxma əvvəlcə M.Abdullanın həyat yoldaşında baş verib, daha sonra jurnalistlər də yoluxublar.
M.Abdullanın xanımında xəstəlik ağciyərlərin pnevmoniyasına səbəb olub.
Ötən həftənin sonlarında təcili tibbi yardım briqadası gələrək onlardan yaxma analizi götürüb. Dünən axşam isə analiz nəticələrinin pozitiv olduğuna dair mesaj alıblar.
Onu da xatırladaq ki, ötən gün “Kaspi” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlham Quliyev ailə üzvləri ilə birlikdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduğunu açıqlamışdı.
Mənbə: Bakupost