Daşkəsəndə yanğın baş verib

Mediamax.az-ın FHN rəsmi saytına istinadən verdiyi məlumata görə, Daşkəsən rayonunun Quşçu kəndində ümumi sahəsi 72 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 4 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb