Ç. İyn 25th, 2025

Daxili İşlər Nazirliyindən yeni təyinat

Xocalı rayon Polis Şöbəsinə yeni rəis təyin olunub. 

Mediamax.az saytının verdiyi xəbərə görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polkovnik-leytenant Zaur Nəbiyev Xocalı rayon Polis Şöbəsinə rəis təyin olunub.

O, bu vəzifəyə təyinat alana qədər Binəqədi Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində çalışıb. 

Qeyd edək ki, Xocalı RPŞ-nin əvvəlki rəisi Eldar Bağırov təqaüd yaşı ilə əlaqədar vəzifəsindən azad edilmişdi.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com