Daxili işlər naziri koronavirusa yoluxub

Hindistanın Daxili İşlər naziri Amit Şah koronavirusa yoluxub.
“RİA Novosti”-dən verilən xəbərə görə , nazir hazırda xəstəxanadadır.
“Koronavirusun ilk simptomlarını görüb test verdim və pozitiv nəticə aldım. Səhhətim qaydasındadır, ancaq həkimlərin məsləhəti ilə xəstəxanada yatacam”, – deyə Şah bildirib. Nazir son zamanlar təmasda olduğu şəxslərdən test verməyi xahiş edib.
Qeyd edək ki, Hindistan koronavirusa yoluxma sayına görə dünyada üçüncü yeri tutur. Ölkədə 1,7 milyon nəfər virusa yoluxub, 1,1 milyon nəfər sağalıb, 37 min nəfər isə dünyasını dəyişib.
Mənbə: Qafqazinfo