Şb. Avq 9th, 2025

Deputatdan Operativ Qərargaha müraciət etdi: “Rayonlara gediş-gəliş açılsın”

“Nə qədər müəssisə varsa, açılsın”.

Mediamax xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, xüsusi karantin dövründə marketlərə çox sayda insan daxil olur:”Amma digər müəssisələr işləmir. Kiçik sahibkarlıq fəaliyyət göstərmir. Nazirlər Kabineti yanında operativ qərargaha müraciət edirəm ki, qərarlarına bir də baxsın. Amma nəzarət də gücləndirilsin, karantin qaydalarının pozulmasına görə yeri gələndə sahibkar cərimələnsin. Lakin insanlar işsiz qalıblar, biz bunu anlamalıyıq.

Deputat qeyd edib ki, rayonlara gediş-gəliş açılmalıdır:”Rayonlara gediş-gəliş açılmalıdır ki, bölgələrdə turizm sektoru məhv olmasın”.

Mənbə: Sonxeber

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com