DİN-ə cərimə tətbiq etmək səlahiyyəti verilib

Daxili İşlər Nazirliyinə (DİN) yeni səlahiyyət verilib. Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 10 iyul tarixli fərmanında əksini tapıb. İndiyə qədər Bakı şəhərinin inzibti ərazisində dayanma və ya durma qaydalarını pozmağa, nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara münasibətdə inzibati xətalar haqqında işlərə Bakı Nəqliyyat Agentliyi baxıb. (Apa.az)