Ç. İyn 25th, 2025

DİN: Cərimə protokolları hansı halda ləğv oluna bilər

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib:
“Bəzi hallarda vətəndaş icazəli olduğunu desə də, icazə portalında onun məlumatları görünmür. Polis həmin şəxsin yanında məlumatları portal vasitəsilə yoxlayır. Vətəndaşın adı çıxmadığı üçün polis inzibati xəta üzrə protokol tərtib edir. Polis heç bir halda qanunsuzluq etmir. Elə hallar da olub ki, şəxsin adı 1-2 saat sonra portala daxil edilib. Təşkilatın rəhbəri adları gec daxil etdiyi üçün polisin yazdığı cərimə qanunidir və ləğv oluna bilməz”.

O bildirib ki, icaze.e-gov.az portalında şəxsin adı yoxdursa, cərimə tərtib olunmalıdır. Əgər bu prosesdə polisin günahından protokol səhv yazılarsa, vətəndaş həmin faktı bizə təqdim etsin. Müvafiq araşdırma aparılacaq və nəticədən asılı olaraq həmin protokol ləğv olunacaq.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com