Ç. İyn 25th, 2025

DİQQƏT: Nazirlik 190 manatla bağlı suallara aydınlıq gətirdi

Ümumilikdə aprel və may aylarında respublika üzrə, habelə son günlərdə 16 şəhər və rayon üzrə birdəfəlik ödəmənin verilməsi üçün ümumilikdə 280 milyon manatdan çox vəsait sərf olunub. Aprel-may ayları üzrə ödəməni almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı hazırda xüsusi karantin rejiminin mövcud olduğu şəhər və rayonlara aid olan şəxslər, habelə bu 16 şəhər və rayonda qeydiyyatda olanlar bu birdəfəlik ödəməni alıblar. 

Qeyd olunur ki, birdəfəlik ödəmə Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, vətəndaşlara dair məlumatların aidiyyəti informasiya sistemləri üzərindən Qərarla təsdiq edilmiş meyarlara uyğunluğunun təkrar yoxlanılması əsasında verilib. Aprel-may aylarında ödəmə almasına baxmayaraq, sonradan adında əmək müqaviləsi, VÖEN, torpaq payı və s. aşkar edilib, həmin şəxslərə bu ödəmə qanunauyğun olaraq verilməyib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com