Ç. İyn 25th, 2025

Distant təhsil sistemi ilə uğur qazanmış 108 nəfər

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 03.04.2019-cu il tarixli proqram xarakterli Fərmanının icrası üzrə ardıcıl tədbirlər görülüb.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, fərmanın icrası çərçivəsində mühüm qanunvericilik paketləri qəbul edilib.

Qeyd edilib ki, bu dövrdə dövlət başçısının 03.04.2019-cu il tarixli fərmanı ilə əlavə ayrılmış 200 hakim ştatının komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilib.

Yeni qaydada – müasir informasiya texnologiyalarının tətbiqi ilə keçirilən və davamlı xarakter alan imtahanlarda uğur qazanmış 108 nəfər müsabiqənin müxtəlif mərhələsindədirlər. Namizədlərin sənəd qəbulu elektron qaydada hazırda da aparılır.

Mənbə : Apa az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com