DMX indiyədək Almaniyadan Azərbaycana qaytarılanların sayını açıqladı

DMX: İndiyədək Almaniyadan 1260 nəfər Azərbaycana qaytarılıb, daha 1249 nəfərin readmissiyası gözlənilir
2015-ci ildən 2020-ci ilin bu gününədək Dövlət Miqrasiya Xidmətinə Almaniya Federativ Respublikasından daxil olmuş 2509 şəxs barəsində readmissiya sorğusuna müsbət cavab verilib. Bu müddət ərzində onlardan 1260 şəxsin readmissiyası həyata keçirilib. Digər 1249 nəfərin ölkəyə qeyri-müəyyən vaxta readmissiyası gözlənilir. Onlardan 647 nəfərinin readmissiya sorğusuna cavab 2019-2020-ci illər ərzində verilib.
Mənbə: apa_az