Doktorantura səviyyəsində təhsil xərclərinin məbləği müəyyənləşib

Ali məktəblərdə doktorantura səviyyəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyənləşib.
“Ayrı-ayrı elm sahələri üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”ı təsdiqlənib.
Nazirlər Kabineti bununla bağlı “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.
Mənbə : Apa az