Donald Tramp Nyu-York şəhərinə qoşun yeridilməsini təklif etdi

ABŞ Prezidenti Donald Tramp kütləvi iğtişaşların davam etdiyi Nyu-York şəhərinə qoşun yeridilməsini təklif edib.
Donald Tramp “Twitter”da etdiyi paylaşımda yerli hökumətin federal qoşunları köməyə çağırmağa nə vaxt qərar verəcəyini soruşub. Daha əvvəl isə Tramp qubernator Kuomonu Milli Qvardiyanı köməyə çağırmamaqla Nyu-Yorku xaosa sürükləməkdə ittiham etmişdi.