Donald Trump koronavirusla bağlı açıqlama verib

ABŞ prezidenti Donald Trump təsdiq etdi ki, Ağ Ev Korona virusa qarşı mübarizə qrupunun Vitse Prezident Mike Pence-in təklifi ilə bir neçə həftə içərisində işinin sonlandıracağı gözlənilir.
Trump bu sözləri maska istehsalı ilə məşğul olan fabrikə ziyarəti zaman demişdir. Hazırda yeni növ virusa yoluxanların sayı ABŞ-da gündəlik 20,000 nəfərə, ölüm halları isə 1,000 nəfərə çatır.
Prezident jurnalistlərə verdiyi müsahibədə virusa qarşı mübarizənin bitmədiyini, “missiyanın yerinə yetdiyi” fikrinin düzgün olmadığını bildirmişdir. “Lakin, ölkəmizi növbəti beş ildə bağlı qapılar arxasında saxlaya bilmərik” deyən prezident hazırki mübarizə qrupunun daha fərqli qrupla əvəz ediləcəyini bildirmışdir.
Tənqidçilər isə Prezidentin hələ virus bitmədiyi halda Amerika xalqını ümidləndirərək iqtisadiyyatı yenidən dirçəltmə cəhdlərini düzgün hesab etmirlər.
Mənbə: BBC.com