Ç. İyn 25th, 2025

Dopinqdən istifadəyə görə cəzalandırıldılar

Azərbaycanın daha bir idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.

Mediamax.az Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) saytına istinadən xəbər verir ki, Könül Əliyeva diskvalifikasiya olunub. 

Cüdoçudan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində diuretiklər və gizlədici maddələr/ furosemid maddəsi tapılıb. Bu səbəbdən o,12 ay cəzalandırılıb.

İdmançının diskvalifikasiya müddəti 2020-ci il fevralın 19-dan hesablanmağa başlanılıb. 

Eyni zamanda, Azərbaycan taekvondoçusu Ramin Əzizov da 24 aylıq diskvalifikasiyaya məruz qalıb.

İdmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit edilib. Fevralın 25-dən qüvvəyə minmiş cəza 25 fevral 2022-ci ildə başa çatacaq.

Qeyd edək ki, AMADA daha öncə 56 idmançımıza cəza tətbiq edib.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com