DTX-nın həbs etdiyi generalın yerinə o təyin olundu

General-leytenant Əfqan Nağıyev bu ilin fevral ayından DSX Sahil Mühafizəsi xidməti rəisi vəzifəsindən azad olunduqdan sonra onun yerinə Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi general-mayor Elşən Verdiyev təyin olunub.
Xatırladaq ki, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Əfqan Nağıyev 13 may 2020-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilib.
Mənbə: Mediapost