Ç. İyn 25th, 2025

Dünya Çempionatında yeganə qolun müəllifi olan hücumçu koronavirusdan vəfat edib

Futbol üzrə İraq milli komandasının sabiq üzvü Əhməd Radi vəfat edib.

Bu barədə xəbəri “Əl Cəzirə” kanalı yayıb.

56 yaşlı keçmiş hücumçu iyunun 21-də, koronavirusdan ölüb.

Radi, İraq milli komandasının DÇ-1986-da vurduğu yeganə qolun müəllifi olub. Mərhum hücumçu 1988-ci ildə Asiyada ilin futbolçusu seçilmişdi.

İraq millisi ilə 121 oyunda 62 qol vuran Radi, “Al-Zavraa”, “Al-Raşid” və “Al-Bakra” klublarında forma geyinmişdi.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com