Dünyada COVİD-19-a yoluxanların sayı 20 milyonu ötüb

ABŞ-ın Cons Hopkins Universitetinin bu gün açıqladığı son hesabatında bildirilib ki, dünyada yeni növ virusdan ölənlərin sayı 733139-a çatıb. Sağalanların sayı isə 12882472 nəfərdir. Latın Amerikasında ən çox COVID-19 hadisəsi və ölüm hallarına sahib olan Braziliya dünyada yoluxma sayına görə ikinci ölkədir – 3035422 nəfər. Hindistan, Rusiya, Cənubi Afrika və Meksika da pandemiyanın ağır təsirinə məruz qalmış ölkələr sırasındadır. Hazırda yoluxma sayının sıfıra endiyi Çində bu günə qədər 4680 ölüm, 88 452 yoluxma qeydə alınıb. Onlardan 81593 nəfər sağalıb.
Qeyd edək ki, keçən ilin sonlarından bəri yeni növ koronavirus dünyanın 213 ölkəsini əhatə edib.
Mənbə: Apa