Ç. İyn 25th, 2025

Dünyada koronavirusa yoluxanların sayı 7 milyonu ötdü

İndiyədək 7 102 957 nəfərə COVID-19 diaqnozu qoyulub.

Son 19 gündə isə dünyada 80 mindən çox insan koronavirusdan ölüb.

Ən çox yoluxma halları ABŞ (2 007 449), Braziliya (691 962) və Rusiyada (476 658) qeydə alınıb. Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 170 132 nəfər yoluxub, 4 692 nəfər ölüb. İranda isə 171 789 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 8 291 nəfər pandemiyanın qurbanı olub.

Qeyd edək ki, iyunun 7-ə olan məlumata görə, Azərbaycanda qeydə alınmış yoluxma faktlarının ümumi sayı 7 553-dür. İndiyədək ölkəmizdə 4 149 nəfər virusdan sağalsa da, 88 nəfər pandemiyanın qurbanı olub.

Dünyada koronavirusa yoluxan 3 466 532 nəfər sağalıb, 406 343 nəfər isə virusdan ölüb.

Mənbə: Report

Dünarə Kişiyeva

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com