Dünyada qalmaqalları ilə tanınan kral həbsə saldığı sevgilisini bağışladı

Dünyada qalmaqalları ilə tanınan lider, Tayland kralı Maha Vaçıralonqkorn həbsə saldığı sevgilisini bağışlayıb. Tayland kralı 2019-cu ildə general Sineenat Vongvajirapakdini xəyanətdə günahlandıraraq həbsxanaya saldıqdan sonra rəsmi sevgilisini bağışlayaraq Almaniyadakı hərəminə çağırıb.
Qeyd edək ki, Tayland Kralı Maha 4-cü arvadı Suthida Vajiralongkorn kraliça elan etdikdən iki ay sonra General Sineenatanı “rəsmi məşuqəsi’ elan edib. Daha sonra kral sevgilisini ona qarşı sədaqətsizlikdə günahlandırıb və hərbi vəzifəsindən azad edərək həbsə salıb.
Parlaq Media