Dünyanın ən bahalı maskası

289 min rupilik(təqribən 6600 AZN) maska düzəltdirən hindistanlı Şankar Kurade özünü koronavirusdan belə qorumaq istəyir.
O, düzəltdirdiyi maska ilə beynəlxalq və yerli medianın diqqətini özünə cəlb edib.
Şankar sifarişi başqa bir şəxsdə gümüş maska gördükdən sonra etdirib.
“Qızıl maska ilə küçəyə çıxdığım zaman hər kəsin diqqət mərkəzinə düşdüm. Ailəmin qızıla olan marağı bu tərəflərdə məşhur olsa da, qızıl maska tam yenilik idi, ona görə insanlara maraqlı gəlir”, – deyə o əlavə edib.
Mənbə: RİA Novosti