Düşmənin çoxlu hərbi texnikası məhv edilib

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin çoxlu sayda hərbi texnikası məhv edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov məlumat verib.
Onun sözlərinə görə əks həmlə əməliyyatı həyata keçirilən zaman düşmən çoxlu sayda texnikasını qoyaraq qaçıb. Bununla bağlı görüntülər ictimaiyyətə çatdırılıb və çatdırılacaq.