Düşmən atəşi yaşayış evlərində yanğınlara səbəb olub

Düşmən atəşi nəticəsində Tərtərdə qaz, su, işıq və digər kommunikasiya xətlərinə ziyan dəyib, düşmən atəşi yaşayış evlərində yanğınlara səbəb olub. Dəymiş ziyan aradan qaldırılıb və yanğınlar söndürülüb.Ermənistan ordusundan fərqli olaraq, Azərbaycan Ordusu mülki əhalini hədəf almadan nöqtə atışları ilə düşmənin canlı qüvvəsini və texnikasını sıradan çıxarır.
Digər rayonlardan Tərtərə dəstək üçün xeyli sayda insan gəlib. Tərtərə gələn vətəndaşlar Tərtərə dəstək, həmrəylik üçün gəldiklərini bildirirlər.
Mənbə: Azxəbər